backend

Fatma Yıldırım Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışında iştirak edib

Milli Məclisin deputatı Fatma Yıldırım iyunun 13-də Bakıda keçirilən Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılış mərasimində iştirak edib.

Deputat bildirib ki, tədbirdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi, əməkdaşlıq əlaqələrinin isə ildən-ilə daha da genişləndiyi vurğulanıb.

Qeyd olunub ki, xüsusilə mədəniyyət və incəsənət sahəsində həyata keçirilən birgə layihələr iki qardaş xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə və qarşılıqlı əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Fatma Yıldırım belə tədbirlərin xalqlar arasında mədəni bağların güclənməsinə, ortaq dəyərlərin təbliğinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Deputat Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin Azərbaycan ilə Şimali Kipr arasında münasibətlərin inkişafına əlavə stimul verəcəyini qeyd edib.