Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyi və Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyəti vurğulanıb.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışının ölkənin inkişafında və sabitliyin təmin olunmasında mühüm rol oynadığı qeyd edilib. Eyni zamanda, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyi, soydaşlarımızın tarixi torpaqlarına qayıdış hüququnun təmin edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbir iştirakçıları Milli Qurtuluş Gününün ölkənin müasir inkişaf yolunun əsasını qoyduğunu, Qərbi Azərbaycan məsələsinin isə milli yaddaşın və tarixi ədalətin mühüm tərkib hissəsi olduğunu bildiriblər.



