Deputat bildirib ki, 15 İyun Azərbaycan dövlətçiliyinin xilası, xalqın gələcəyə inamının bərpası və ölkənin inkişaf yoluna qədəm qoyduğu tarixi gündür. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin təmin olunmasına, dövlət quruculuğunun möhkəmlənməsinə və Azərbaycanın müasir inkişafının əsaslarının formalaşmasına səbəb olub.
Konfrans çərçivəsində Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti, Ulu Öndərin zəngin siyasi irsi, eləcə də Azərbaycanın əldə etdiyi uğurlar barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir və ölkəmiz yeni nailiyyətlərə imza atır.
Tədbir iştirakçıları Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna rolunu vurğulayaraq, bu əlamətdar günün xalqımızın taleyində dönüş nöqtəsi olduğunu bildiriblər. Şuşada keçirilən konfrans milli həmrəyliyin, dövlətçilik ənənələrinin və tarixi yaddaşın qorunmasının vacibliyini bir daha ön plana çıxarıb.






