Bu gün Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyətə malik olan 15 İyun – Milli Qurtuluş Gününü böyük qürur və minnətdarlıq hissi ilə qeyd edirik.
1993-cü ilin iyununda dövlət müstəqilliyimizi itirmək, ölkəmizin parçalanmaq təhlükəsi ilə üzləşdiyi ağır bir dövrdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı dərin böhrandan xilas edərək sabitlik, inkişaf və tərəqqi yoluna çıxardı. Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində dövlətçiliyimizin möhkəm təməli qoyuldu, müstəqilliyimiz əbədi və dönməz xarakter aldı.
Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Güclü dövlət, qüdrətli ordu və xalq-iqtidar birliyi ölkəmizin davamlı inkişafının əsas təminatıdır.
Milli Qurtuluş Günü Azərbaycan xalqının xilası, dövlətçiliyimizin qurtuluşu və müasir inkişaf tariximizin başlanğıcıdır. Bu əlamətdar gün münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, ölkəmizə əmin-amanlıq, firavanlıq və yeni uğurlar arzulayıram.
Fatma Yıldırım
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
gundem / Siyasət




