Qaynarxett.az xəbər verir ki, qəbul zamanı rayon sakinləri onları narahat edən müxtəlif məsələlərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar. Vətəndaşlar əsasən sosial müdafiə, məşğulluq, kommunal xidmətlər, infrastruktur və digər sahələrlə bağlı problemlərini səsləndiriblər.
Fariz İsmayılzadə hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırılacağını bildirib. Deputat qeyd edib ki, vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi onların problemlərinin öyrənilməsi və operativ həllinə töhfə verir.
Qəbul zamanı bəzi müraciətlər yerində araşdırılıb, digər məsələlərlə bağlı isə aidiyyəti qurumlara sorğuların göndərilməsi və nəzarətdə saxlanılması qərara alınıb.
Sakinlər göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, belə görüşlərin onların problemlərinin həllində mühüm rol oynadığını vurğulayıblar.










