Qaynarxett.az xəbər verir ki, qəbul zamanı rayon sakinlərinin müxtəlif sosial, məişət və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, qaldırılan problemlər qeydə alınıb. Vətəndaşlar tərəfindən səsləndirilən təklif və istəklər diqqətlə araşdırılaraq aidiyyəti qurumlara çatdırılması üçün müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Deputat vətəndaşların müraciətlərinin operativ şəkildə araşdırılmasının və həllinə dəstək göstərilməsinin əsas prioritetlərdən biri olduğunu qeyd edib. Qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağı və müraciətlərin nəzarətdə saxlanılacağı vurğulanıb.
Qəbul zamanı sakinləri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Vətəndaşlar onlara yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.







