Milli Məclisin deputatı Sahib Alıyev ABŞ və Avropa İttifaqındakı bəzi dairələrin Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı çağırışlarını və Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tənqid edib.
Deputat bildirib ki, NATO-nun Ankara sammiti ərəfəsində Türkiyənin Ermənistanla sərhədinin açılmasına dair səsləndirilən fikirlərlə Avropa İnsan Hüquqları Məhkəməsinin iyunun 18-də qəbul etdiyi qərar arasında müəyyən siyasi bağlılıq mövcuddur. Onun sözlərinə görə, hər iki addımın məqsədi regionda davamlı sülhün formalaşmasına mane olmaq və Azərbaycana təzyiq göstərməkdir.
Sahib Alıyev vurğulayıb ki, Azərbaycanla hərtərəfli sülh sazişi imzalanmadan və Ermənistan Konstitusiyasında zəruri dəyişikliklər edilmədən sərhədlərin açılması bu proseslərin uzanmasına səbəb ola bilər. Deputat hesab edir ki, bu cür yanaşmalar Ermənistanda revanşist qüvvələrin mövqelərinin güclənməsinə xidmət edir.
Millət vəkili qeyd edib ki, 2016-cı ilin Aprel döyüşləri və sonrakı hadisələr regionda mövcud status-kvonun qəbuledilməz və dayanıqsız olduğunu nümayiş etdirib. Onun fikrincə, Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa etməklə bölgədə yeni reallıq yaradıb və bu reallıq bəzi xarici dairələrin maraqlarına uyğun gəlmir.
Deputatın sözlərinə görə, Qərbdəki bəzi siyasi çevrələrin Ermənistan Konstitusiyasının dəyişdirilməsini və Azərbaycanla yekun sülh sazişinin imzalanmasını gözləmədən Türkiyə-Ermənistan sərhədinin açılmasını istəmələrinin əsas səbəbi də məhz bu yeni reallıqlarla bağlıdır. O bildirib ki, regionda dayanıqlı sülhün təmin olunması üçün ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünə dair iddialardan tam imtina etməli və sülh prosesinə səmimi yanaşmalıdır.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / maraqli / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
Siyasət
gundem / Siyasət







