Qaynarxett.az xəbər verir ki, qəbul zamanı kənd sakinləri onları narahat edən sosial, infrastruktur və digər aktual məsələlərlə bağlı müraciət və təkliflərini deputatın diqqətinə çatdırıblar. Fatma Yıldırım hər bir vətəndaşı diqqətlə dinləyərək qaldırılan məsələləri ətraflı müzakirə edib.
Deputat bildirib ki, araşdırılması və həlli üçün aidiyyəti dövlət qurumlarının səlahiyyətinə aid olan məsələlərlə bağlı müvafiq müraciətlər ünvanlanacaq, bütün müraciətlər nəzarətdə saxlanılacaq.
Görüşdə vurğulanıb ki, vətəndaşlarla birbaşa ünsiyyət onların problemlərinin daha yaxından öyrənilməsi, mövcud vəziyyətin yerində qiymətləndirilməsi və operativ həll yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə seçicilərlə mütəmadi görüşlərin keçirilməsi davam etdiriləcək.
https://youtube.com/shorts/yYxoDGQR0z8?si=hXvfVPoIgjlM2hGT







