backend

Deputat Elnarə Akimova Sumqayıt Şəhər Ağsaqqallar Şurasının iclasında iştirak edib

Milli Məclisin deputatı Elnarə Akimova Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində keçirilən Sumqayıt Şəhər Ağsaqqallar Şurasının iclasında iştirak edib.

Qaynarxett.az xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Şəhidlər Xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzüblər.
Daha sonra keçirilən iclasda Sumqayıt Şəhər Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Eldar İsmayılov çıxış edərək gələcək fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb. İclas iştirakçıları da şəhərin və qəsəbənin inkişafı ilə bağlı təklif və təşəbbüslərini səsləndiriblər.
Deputat Elnarə Akimova çıxışında Hacı Zeynalabdin qəsəbəsinin inkişafı ilə bağlı fikir və təkliflərini diqqətə çatdırıb, yeni sədr Eldar İsmayılovu təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.
Tədbir çərçivəsində yazıçı-publisist, Sumqayıt DOSTlar Klubunun təsisçisi və sədri Hümbət Quliyev müəllifi olduğu nəşrləri deputata hədiyyə edib.
Sonda Elnarə Akimova bildirib ki, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının bundan sonra da fəal fəaliyyəti, tövsiyə və təşəbbüsləri şəhərin ictimai-mədəni həyatının daha da zənginləşməsinə və inkişafına mühüm töhfə verəcək.