backend

Deputat Elnarə Akimova iyul ayı üzrə ikinci vətəndaş qəbulunu keçirdi

Milli Məclisin deputatı Elnarə Akimova iyul ayı üçün nəzərdə tutulan ikinci vətəndaş qəbulunu keçirərək seçicilərlə növbəti görüşünü reallaşdırıb.

Qaynarxett.az xəbər verir ki, qəbul zamanı vətəndaşların fərdi müraciətləri dinlənilib, onları narahat edən sosial, hüquqi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sakinlərin qaldırdığı problemlərin bir qismi yerində araşdırılıb, aidiyyəti qurumların səlahiyyətinə aid olan müraciətlərin həlli istiqamətində isə müvafiq addımların atılacağı bildirilib.
Deputat Elnarə Akimova vətəndaş qəbullarının mütəmadi olaraq davam etdirildiyini vurğulayaraq, seçicilərlə birbaşa ünsiyyətin onların problemlərinin operativ şəkildə öyrənilməsi və həlli baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.