Milli Məclisin deputatı Anar İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 14-də Şuşada verdiyi bəyanatla bağlı sosial media hesabında paylaşım edib.
Deputat bildirib ki, Şuşa Azərbaycanın tarixi, mədəni və mənəvi dəyərlərini özündə yaşadan müqəddəs şəhərdir. O qeyd edib ki, tarixdən nəticə çıxarmaq vacibdir və Şuşa hər zaman dost münasibətlərə açıq, işğalçılığa isə qətiyyətlə qarşı duran şəhər olub.
Anar İsgəndərov paylaşımında 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın əldə etdiyi tarixi Zəfərin bəzi dairələr tərəfindən qərəzlə qarşılandığını vurğulayaraq, ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyinin dəyişməz olduğunu bildirib. Deputat Prezident İlham Əliyevin “İnadkar Qərb bizi heç nəyə məcbur edə bilməz” fikrini xatırladaraq, Azərbaycanın yalnız milli maraqlarına uyğun siyasət həyata keçirdiyini qeyd edib.
Paylaşımda Slovakiya Prezidenti Peter Pelleqrinin Şuşaya səfərinin siyasi əhəmiyyətinə də toxunulub. Bildirilib ki, Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir, siyasi dialoq və qarşılıqlı səfərlər iki ölkə arasındakı əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Deputat Prezident İlham Əliyevin Qarabağın bərpası, “Ağıllı kənd” layihələrinin icrası, iqtisadi-ticari, energetika və digər sahələrdə əməkdaşlıqla bağlı fikirlərini xüsusi vurğulayaraq, Slovakiyanın işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına verdiyi töhfəni yüksək qiymətləndirib.
Anar İsgəndərov sonda qeyd edib ki, Şuşaya xarici dövlət nümayəndələrinin səfərlərinin artması Azərbaycanın beynəlxalq nüfuzunun və bölgədə formalaşan yeni reallıqların göstəricisidir. Onun sözlərinə görə, Şuşa qalib şəhərdir və bu reallığı beynəlxalq ictimaiyyət qəbul etməlidir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət








