Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmli idi. Bu mənada ölkəmizin başçısının Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, aparılan geniş müzakirələr və imzalanan sənədlər iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, investisiya və regional əməkdaşlıq sahələrində yeni perspektivlər açır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova səsləndirib.
O bildirib ki, dövlətimizin başçısının bu səfəri Azərbaycanla Avropa dövlətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq siyasətinin ardıcıl şəkildə davam etdirildiyini və ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha nümayiş etdirib: “Sözsüz ki, Azərbaycan və Almaniya arasında uzun müddətdir strateji dialoqun başlanması istiqamətində mühüm işlər görülürdü. Artıq bu məqsədə nail olunması münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Eyni zamanda, iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair imzalanmış Birgə Bəyannamə konkret layihələrin həyata keçirilməsi üçün mühüm hüquqi və siyasi baza formalaşdıracaq. Səfər zamanı keçirilən təkbətək və geniştərkibli görüşlərdə iki ölkə arasında əməkdaşlığın bütün əsas istiqamətləri ətraflı müzakirə olunub. Prezident İlham Əliyev bildirib ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək. Hazırda Almaniyanın 200-dən çox şirkəti Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Həmin şirkətlər sənaye, tikinti, nəqliyyat, logistika, informasiya texnologiyaları, kənd təsərrüfatı və xidmət sektorunda mühüm layihələr həyata keçirir. Prezident İlham Əliyev əminliyini ifadə edib ki, səfərin nəticələri Almaniya şirkətlərinin Azərbaycana marağını daha da artıracaq. Çünki enerji əməkdaşlığı yalnız neft və qaz ixracı ilə məhdudlaşmır. Azərbaycan hazırda bərpaolunan enerji sahəsində genişmiqyaslı layihələr həyata keçirir, Günəş və külək enerjisinin istehsalı, yaşıl enerji zonalarının yaradılması və gələcəkdə yaşıl elektrik enerjisinin Avropaya ixracı ölkənin enerji siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycan son illərdə müasir avtomobil yolları, dəmir yolu xətləri, beynəlxalq hava limanları və dəniz limanları inşa etməklə Avrasiyanın mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib. Orta Dəhlizin inkişafı və Azərbaycanın Orta Asiya ilə Avropa arasında gündəliyinə də geniş yer tutur. Ölkəmizin başçısı, həmçinin hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımların da əhəmiyyətinə toxunaraq, Almaniya hökumətinin də bu sahədə rolunu yüksək qiymətləndirdiyini diqqətə çatdırıb”.
Deputat səfər çərçivəsində imzalanmış sənədlərin operativ icrası məqsədilə birgə İşçi qruplarının yaradılmasının da əhəmiyyətinə toxunub. O qeyd edib ki, həmin mexanizmlər qarşıya qoyulan məqsədlərin qısa müddətdə reallaşdırılmasına, layihələrin koordinasiyalı həyata keçirilməsinə və iqtisadi əlaqələrin daha da genişlənməsinə xidmət edəcək: “Sözsüz ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin inkişafı bu xüsusda mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə Avropa İttifaqının yüksəksəviyyəli rəhbərlərinin Azərbaycana səfərləri tərəflər arasında siyasi dialoqun və strateji əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Enerji, nəqliyyat, yaşıl keçid, rəqəmsal transformasiya və iqtisadi inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsi həm Azərbaycan, həm də Avropa üçün qarşılıqlı fayda yaradır. Təbii ki, Almaniyanın Avropa İttifaqının aparıcı dövləti kimi bu prosesdə xüsusi rolu da olduqca önəmlidir. Ümumilikdə Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin strateji məzmununun daha da zənginləşdiyini nümayiş etdirdi. Səfər nəticəsində əldə olunan razılaşmalar siyasi dialoqun möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat, logistika və investisiya sahələrində yeni layihələrin həyata keçirilməsinə mühüm təkan verəcək. Bu səfər, eyni zamanda, Azərbaycanın Avropanın etibarlı tərəfdaşı kimi mövqeyini daha da gücləndirən, regionda sülh, sabitlik və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edən mühüm diplomatik hadisələrdən biri kimi tarixə düşür”, - deyə Sevinc Hüseynova vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət










