Qaynarxett.az xəbər verir ki,qəbul zamanı vətəndaşların müraciətləri əsasən sosial məsələlər, məşğulluğun təmin edilməsi, elektrik təchizatının yaxşılaşdırılması, heyvan bazarının fəaliyyətinə tətbiq olunan məhdudiyyətin aradan qaldırılması, Dəyirmandağ kəndinin qazlaşdırılması, eləcə də digər aktual problemlərlə bağlı olub.
Deputat Sevinc Hüseynova hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti dövlət qurumları qarşısında lazımi təşəbbüslərin göstəriləcəyini bildirib. O, seçicilərlə mütəmadi görüşlərin keçirilməsinin və vətəndaşların problemlərinin yerində öyrənilməsinin deputat fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Qəbulda Yeni Azərbaycan Partiyası Gədəbəy Rayon Təşkilatının sədri Rüstəm Nağıyev də iştirak edib.





