backend

Vüqar İskəndərov Şəkidə kənd sakinləri ilə görüşüb

Milli Məclisin deputatı Vüqar İskəndərov Şəkidə seçicilərlə görüşlərini davam etdirir.

Deputat Oxud, Qoxmuq və Baltalı kəndlərində sakinlərlə görüşərək onların təklif və müraciətlərini dinləyib. Görüşlər çay süfrəsi ətrafında səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilib.
Sakinlər kəndlərin sosial-iqtisadi inkişafı, mövcud problemlər və onları narahat edən məsələlərlə bağlı fikirlərini deputatın diqqətinə çatdırıblar. Vüqar İskəndərov səsləndirilən təklif və müraciətləri dinləyərək bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
Görüşlər zamanı dövlət siyasətinin prioritet istiqamətlərindən birinin aqrar sektorun inkişafı olduğu da sakinlərin diqqətinə çatdırılıb. Kənd təsərrüfatının inkişafının regionların sosial-iqtisadi tərəqqisində mühüm rol oynadığı vurğulanıb.
Deputat sakinlərlə bu cür görüşlərin onların problemlərinin birbaşa öyrənilməsi və aidiyyəti məsələlərin diqqətdə saxlanılması baxımından əhəmiyyətli olduğunu bildirib.