backend

275 nömrəli orta məktəbdə şagirdlər "aylığ"a buraxılır? – ŞOK

275 nömrəli orta məktəbdə şagirdlər "aylığ"a buraxılır? – ŞOK

Artıq dəfələrlə qeyd olunduğu kimi bu gün ölkənin təhsil sistemində dövlət tərəfindən həyata keçirilən əsaslı islahatlar müəyyən irəliləyişlərə zəmin yaratsa da, cəmiyyətdə gözlənilən nəticələr hələ də müşahidə olunmur.

Halbuki, bu istiqamətdə görülən tədbirlər artıq çoxdan Azərbaycanın təhsil sistemini ən qabaqcıl dünya standartlarına cavab verəcək səviyyəyə çıxarmalı idi. Xüsusi olaraq qeyd olunmalıdır ki, Təhsil naziri cənab Mikayıl Cabbarovun da bu sahədə mühitin sağlamlaşdırılmasına yönəldilmiş səyləri təqdirə layiqdir. Lakin müəyyən subyektiv səbəblər bu mütərəqqi prosesləri hələ də ləngitməkdə davam edir. Biz dəfələrlə öz yazılarımızda belə fikri vurğulamışıq ki, gənc nəslin təlim-tərbiyəsində, uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmalarında orta-ümumtəhsil məktəblərinin rolu çox önəmlidir və danılmazdır. Lakin təəssüflər olsun ki, bu gün bir çox orta məktəblərdə “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi gülünc adlar altında hələ də rüşvət yığımı davam edir. Redaksiyamlza daxil olan məlumatlara görə bu yönümdə xüsusilə seçilən tədris müəssisələrindən biri də Bakının Suraxanı rayonu, Yeni Güneşli qəsəbəsində yerləşən 275 saylı tam orta məktəbdir. Təqdim olunan açıqlamalarda bu məktəbin direktoru Elmira İsmayılovanın fəaliyyətini əks etdirən bir sıra neqativ hallar da təqdim olunmuşdur. Mövzuya dair ötən saylarımızdan birində dərc etdiyimiz materialda da göstərdiyimiz kimi, yeni dərs ilinin başlanması ilə əlaqədar məktəbin rəhbərliyi adi, necə deyərlər ənənəvi pul yığımlarından başqa qazanc vasitələri də əldə etmişdir. Belə ki, məlumatı təqdim edən mənbənin sözlərinə görə, adı cəkilən məktəbdə şagirdlər dərsə gəlmədikləri halda, onlara qayıb yazılmır və bu şagirdlərin valideyinləri məktəb direktoruna “Aylıq” verirlər. Məsələ ilə baglı bir necə dəfə Elmira xanımla əlaqə saxlamaq istəsək də, xanımın məktəbdə olmadıgı bildirildi. MÖVZUNU DAVAM ETDİRƏCƏYİK. BİZİ İZLƏYİN!!!

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.