backend

Star Construktion-12» QSC KİMİNDİR Kİ BELƏ? - 6 tender, 42 milyon manat...

Azərbaycanda dövlət tenderlərindən böyük vəsaitlər əldə edən daha bir tikinti şirkəti aşkar edilib.

FED.az xəbər verir ki, bu – «Star Construktion-12» QSC-dir (VÖEN 1004166441).
Sözügedən şirkət 2021-ci ildə iştirak etdiyi dövlət tenderlərində 42 milyon manatdan artıq, daha dəqiqi 42 milyon 412 min manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 6 tenderlə əldə edib – bir tenderin orta qiyməti 7 milyon manat.

Maraqlıdır ki, «Star Construktion-12» QSC-nin əsas «müştərisi» Bakı İcra hakimiyyəti və onun tabeliyində olan qurumlar olub. Şirkət 6 tenderdən 5-ni Bakı İcra hakimiyyətindən udub – 41 milyon 229 min manat.

Qeyd edək ki, «Star Construktion-12» QSC-nin nizamnamə kapitalı 2050 manatdır. Şirkətin hüquqi ünvanı Bakı Şəhəri Binəqədi Rayonu, Binəqədi Şossesi, ev 53-də yerləşir. Qanuni təmsilçisi: Mirsahib Bayramovdur.