Ekologiya və Təbii Sərvətlər Nazirliyi.
2001-ci ildə yaradılan bu qurum, bir növ təbiətin mühafizəçisi məsuliyyətini də daşıyır. Yəni, normalda bu belə olmalıdır.
Lakin, sözügedən nazirliyin bəzi məsul əməkdaşları (bəlkə də rəhbəri) deyəsən vəzifəsini yanlış anlayıb. Ekologiyanın təmizliyi üçün önəmli olan yaşıllıq ağaclarını, həmçinin çöl quşları, dövlət səviyyəsində qorunan quşları və heyvanları, eyni zamanda balıqları belə şəxsi sərvətləri kimi idarə edirlər. İstədikdə qoruyur, istədikdə isə “hörmətli dostlar”a, “hörmətli qonaqlar”a “istirahət ziyafəti” vermək üçün güdaza verirlər. Məsələn, çox uzağa getmədən, ovlanmasını qanunun qadağan etdiyi quşları ovlayan ərəb şeyxini xatırlatmaq kifayət edər ki, nə demək istədiyimizi aydın izah etmiş olaq. Burdan da belə aydın olur ki, yuxarıda qeyd etdiyimiz şəxslər Ekologiyamızı yalnız onlara məxsus təbii sərvət hesab etdikləri üçün, təbiətlə çəkinmədən istədikləri kimi rəftar edirlər. Məhz buna görə də ölkə ərazisində ekologiyamıza qəsdən vurulan gördüyümüz, eşitdiyimiz, ziyanlar barəsində ETSN-ə verdiyimiz bütün məlumatlar nəticəsiz (bunun başqa adı yoxdur) qalır. Göndərdiyimiz sorğular da ya cavabsız qalır, ya da dəfələrlə cavab tələb etdikdən sonra absurd, məsələyə aidiyyatı olmayan (dəxlisiz) cavablarla susdurmağa (yola verirlər) çalışırlar.
Bu Nazirlik cəngəllik qanunları ilə idarə olunur


Son illər demək olar, hər gün sosial medialarda yaşıllıq ağaclarının, meşələrin məhv edildiyi barəsində məlumatlar yayımlanır.
Hikmətə baxın ki, ötən ilin ikinci yarısında (bir neçə ay öncə) Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BRAVO marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Bakının Binə qəsəbəsində fəaliyyət göstərən BRAVO marketi ziyarət edən alıcılara ağac tingləri hədiyyə edilmişdi.
Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə ekokönüllülər tərəfindən vətəndaşlara ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar da verilirdi.
Qeyd edək ki, bu aksiya bir deyil, bir neçə gün, hətta müxtəlif bölgələrdə də davam etdirildi. Özü də aksiyanın adı belə idi – “bir ağac – min nəfəs”.
Demək, bir tərəfdən çoxillik yaşıllıq ağacları kəsilir, satılır – yəni, hər gün minlərlə nəfəs kəsilir, digər tərəfdən də “bir ağac – min nəfəs aksiyası” adı altında camaata da ting paylanılır. Dolayısıyla camaatın əli ilə özləri üçün gələcək “qazanc mənbəyi” hazırlayırlar.
Yeri gəlmişkən,”DogruXeber.az” informasiya portalında Cəlilabad rayon Göytəpə qəsəbəsində, Qurtuluş küçəsindəki istirahət parkında olan ağacların , Samux rayon meşə zolağının məhv edilməsi,
Pambıqla “baş kəsən” sahibkarlara kimlər şərait yaradır?
Oğuz meşələrində ağacların kəsilməsi, meşədə kömür hazırlanması və sair barəsində məlumatlar yayımlanıb.
Nazirliyin təbiətə bəd nəzəri
Eyni zamanda, tərəfimizdən rəsmi şəkildə ETSN-nin elektron ünvanına da göndərilib. Lakin, barəsində məlumatların olduğu ərazilərdə heç də nəzərəçarpan dəyişikliklər yoxdur. Yəni, “köhnə hamam, köhnə tas”…
“Köhnə hamam” demişkən, 20 yanvar küçəsi, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında, “köhnə hamam” deyilən ərazidəki çoxillik yaşıllıq ağaclarının kəsilməsi barəsində də dəfələrlə məlumatlar dərc etmişik. Məsələnin artıq ictimailəşdiyinə baxmayaraq, hələ də nəinki bunun qarşısının alınması üçün heç bir tədbir görülməyib, hələ üstəlik qalan ağaclar üzərinə yenidən “hücum”a keçiblər. Hər gün bir neçə ağac kəsilir, yerdə qalanlarını da qırmızı rəngli boyalarla qurbanlıq qoç kimi (bəzənir) nömrələnir, sonra, gecə saatlarında kəsilir.

Hər zaman olduğu kimi, biz bu barədə də ETSN-nə, şəxsən Muxtar Babayevin öz email ünvanına rəsmi müraciət göndərdik. Artıq, bir həftə keçib. Yenə də hər zaman olduğu kimi nə müraciətimizə cavab var, nə də olanlara reaksiya.
Bunun nə anlama gəldiyini isə özünüz anlamış olarsınız. Əlavə şərhə ehtiyac yoxdur, fikirimizcə.
Hər şeyə rəğmən, biz yenə də qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.