backend

“Sentyabrdan başlayaraq minlərlə müəllimin əməkhaqlarında əlavələr ediləcək” - Nazirdən MÜJDƏ

“Sertifikatlaşma prosesindən öncə gedən dedi-qodulara baxmayaraq 98 faiz müəllim sertifikasiya prosesində iştirak etdi”.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir sertifikasiyada iştirak edən müəllimlərə təşəkkür edib: “Prosesin sonunda yaxşı nəticələrlə qarşılaşdıq. Artıq minlərlə müəllimin sentyabrdan başlayaraq əməkhaqlarında əlavələr olacaq”.