backend

Samir Şərifovun büdcəyə tamah salması RƏSMƏN SÜBUTLANDI – DETALLAR

Azərbaycanda bəzi hallarda borc qiymətli kağızları ehtiyac olmadan buraxılır nəticədə dövlət büdcəsindən faizlər ödənilir.DİA.AZ xəbər verir ki, Hesablama Palatası 2023-cü ilin dövlət büdcəsi ilə bağlı rəyində Maliyyə Nazirliyinə dövlət istiqrazlarının buraxılması ilə bağlı iradını səsləndirib.

Palata xatırladır ki, 2022-ci ilin 8 ayında dövlət büdcəsinin gəlirləri 20 milyard 184,7 mln. manat və ya 101,8%, xərclər isə 18 milyard 151,9 mln. manat və ya 100,4% icra edilib, büdcə profisiti 2 milyard 032,8 mln. manat təşkil edib.
Büdcədə kəsir olmadığına görə, kəsirin maliyyələşdirilməsi mənbələri üzrə 8 ay ərzində daxil olan 576 milyon manat, o cümlədən daxili borclanma hesabına cəlb edilmiş 380,1 mln. manat vəsait büdcə qalığına yönəldilib.
Palata öz rəyində ehtiyac olmadığı halda dövlət istiqrazlarının buraxılmasını məqsədə uyğun saymır. Qurum bildirir ki, bunun nəticəsində dövlət əlavə faiz xərcləri ödəməli olur: «Əvvəlki rəylərimizdə də qeyd edildiyi kimi dövlət büdcəsi profisitlə icra edildiyi halda borclanmaya gedilmişdir ki, ehtiyac olmadan cəlb edilmiş borc vəsaiti qalıq vəsaitə yönəldilərək istifadəsiz qalmış, nəticədə həmin vəsait əlavə faiz xərcləri yaratmış, eyni zamanda borc öhdəliklərinin yeni borclanma ilə ödənilməsi zamanı faiz dərəcələrinin artması ehtimalını şərtləndirmişdir».
Palatanın açıqlamasında o da bildirilirki, xarici dövlət borcunun ödənişinin daxili dövlət borcu ilə əvəzlənməsi təqdirində növbəti ilin büdcə layihəsinə uyğun olaraq büdcə kəsirinin maliyyələşdirilməsi və faktiki daxili borcun yenidən maliyyələşdirilməsi nəzərə alınmaqla təqribən 3 milyard manat dövlət qiymətli kağızlarının emissiyası tələb ediləcəkdir.
Bu bir tərəfdən büdcənin icrası prosesindən asılı olaraq növbəti ildə borclanma həcminin əhəmiyyətli artımına təsir edir.
Digər tərəfdən, Palata hesab edir ki, dövlət istiqrazlarının buraxılması bank kreditlərinin real sektora ötürülməsinə mane olur, eyni zamanda geniş investor bazasına malik olmayan qiymətli kağızlar bazarında faiz artımına şərait yarada bilər.