backend

Arif Alişanovun biznesmen qızları – Uşaq oyuncaqları monopoliyası…

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Arif Alışanovun qızı Aynur Alışanovanın adına yaratdığı şirkətləri ortaya çıxıb.

Turantv.AZ xəbər veirr ki, sözügedən şirkətlər Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127 ünvanında qeydiyyatdadır.
Aynur Alışanova bacısı Nigar ilə Alışanova ilə bərabər Hesablama Palatasında çalışıb. Onun adına bir neçə şirkət olduğuna görə sözügedən qurumdan çıxmalı olub.
Həmçinin oxu: Sevgilisinə 100 minlik maşın alan Arif Alışanovun milyonluq mülkləri, Ukraynadakı gizli biznesi – Bu ərazilərdə tikilən binaları da o satırmış (ŞOK İDDİA)
Hazırda isə Aynur Alışanova uşaq oyuncaqları monopolisti kimi tanınır. Bacısı Nigar Alışanova isə dövlət qurumunda çalışmasına baxmayaraq, biznes fəaliyyəti ilə məşğuldur.
Alışanova bacıları hazırda Çindən və bir sıra ölkələrdə gətirdiyi oyuncaqların Bakıda satışı ilə məşğuldur.
Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, bütün şirkətləri – “TPDN”, “Oyuncaq Dünyası”, “H2A Studio”, “Dinamo-Qarabağ” və “The Toy Story” eyni ünvanda qeydiyyata alınıb.Demokrat.az
Arif Alişanovun biznesmen qızları - Uşaq oyuncaqları monopoliyası…