backend

SON DƏQİQƏ! Ukrayna intiqamını aldı - İLK GÖRÜNTÜLƏR

Rusiya Ukraynada kritik infrastruktur obyektlərini hədəf almağa davam edir.

Musavat.com "CNN İnternational"a istinadən xəbər verir ki, Moskvanın gecə saatlarında Odessanı hədəf almasına Ukrayna cavab verib.
Ukrayna ordusu Rusiya tərəfindən işğal olunmuş Melitopola raket zərbələri endirib.
Məlumata görə, Donetsk və Krımda da partlayışlar qeydə alınıb.
Müharibənin qaynar nöqtəsindən ilk görüntülər gəlib.
meli.jpg (55 KB)
Ukraynadakı Moskvayönlü rəsmilər raket hücumları nəticəsində 2 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını bildirib.
Zaporojye vilayətinin Moskva tərəfindən təyin edilən qubernatoru Yevgeni Balitskiy Telegram kanalında verdiyi açıqlamada bildirib ki, hava hücumundan müdafiə sistemləri sayəsində iki raket zərbəsinin qarşısı alınıb, bununla belə, dörd raket hədəflərinə çatıb.
Balitskiy əlavə edib ki, Ukrayna hücumları Himars raketləri ilə həyata keçirib.

melia.jpg (57 KB)