
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Vətənpərvər Maarifçi Gənclər“ İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qəhrəmanların izilə” layihəsinin bağlanış mərasimi Excelsior Hotelinin akt zalında keçirildi.
Layihə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin gənclərə nümayiş etdirilməsi, 44 günlük müharibədə həlak olan şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi, 44 günlük müharibədə həlak olan şəhidlərimizin ailələrində görüşlərdən hazırlanan video çarxların sosial şəbəkələrdə nümayişi məqsədi daşıyır. Qeyd edək ki, layihə çərçivəsində gənclərlə birgə 8 noyabr Zəfər günü münasibətilə Bakı şəhərindəki Şəhidlər Xiyabanı ziyarət olundu.
Daha sonra, 14 oktyabr tarixindən etibarən müharibədən əziyyət çəkmiş Azərbaycan regionlarından, Ağcabədi, Ağdam, Tərtər, Bərdə rayonlarında yaşayan şəhid ailələri ziyarət olundu, şəhidlərin həyat hekayələri haqqında məlumatlar gənclərə çatdırıldı. Daha sonra, layihə çərçivəsində hazırlanan video çarxın təqdimatı həm Bakı şəhəri, həm də Bərdə rayonunda keçirildi.