backend

Nərimanovda İlhamın "Təndir evi" insan orqanizmini təhlükə altına qoyur - VİDEO

Uzun illərdir ki, Azərbaycanın istehlak bazarında fərdi sahibkarlar tərəfindən “Təndir çörəyi” biznesi mövcuddur. Bu biznes dövlət tərəfindən tənzimlənmir. Bu çörək növünə tələbat yüksəkdir. Xüsusilə də yol kənarında fəaliyyət göstərən təndirlərdə bişirilən çörəklərə daha çox üstünlük verilir. Qeyd edək ki, cörəkbişirmə həddindən artıq liberal biznes formasına çevrilib. Kim harada və necə istəsə bişirə bilər. Hətta marketlərin içinə təndir qoyub çörək və ləvəngi bişirirlər.

Qaynarxett.az xəbər verir ki, Bakının Nərimanov rayonu Ağa Neymətulla kücəsi 272/278 ünvanında yerləşən"Təndir evi"ndə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların kobud şəkildə pozulması elə ilk baxışdan diqqəti cəlb edir. Belə ki, əməkdaşlarımız tərəfindən müəssisənin istehsal sahəsində sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb edilmədən fəaliyyət göstərdiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı müəyyənləşdirilib. Təsəvvür edin, burada cörək bişirənlərin hec müvafiq geyim paltarları belə yoxdur. Bu barədə soruşduqda işci qızlar bildirdilər ki, buranın sahibi İlhamdır, tapşırıb ki, nə lazım olsa ona zəng etsinlər.

İlhamla telefon əlaqəsi saxladiq, faktları deyib münasibətini öyrənmək istədik, cavabı isə konkret oldu:"Bütün qidanın (Qida Təhlükəsizliyi Agentliyi) işciləri, hətda Mirşahin də cörəyi buradan yeyir".

Qaynarxett.az olaraq Qida Təhlükəsizliyi Agentliyi ilə bu məsələyə aydınlıq gətirib oxuculara məlumat verəcəyik.

Qaynarxett.az