backend

Siyəzən Peşə Məktəbi Publik Hüquqi Şəxsi -də müəllim və tələbələrlə görüş keçirilib

Milli Məclisin deputatı Müşfiq Məmmədli Siyəzən Peşə Məktəbi Publik Hüquqi Şəxsində müəllim və tələbə heyəti ilə görüş keçirib.

Qaynarxett.az xəbər verir ki, görüş zamanı peşə təhsilinin inkişaf perspektivləri, gənclərin əmək bazarına inteqrasiyası, ixtisaslı kadr hazırlığının əhəmiyyəti və təhsil mühitində mövcud çağırışlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Deputat ölkədə həyata keçirilən təhsil islahatları, xüsusilə peşə təhsilinin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbir çərçivəsində tələbələrin sualları dinlənilib, onların təşəbbüs və təklifləri ilə yaxından tanış olunub. Səmimi və açıq müzakirə şəraitində keçən görüşdə gənclərin peşə bacarıqlarının artırılması, istehsalat təcrübəsinin genişləndirilməsi və məşğulluq imkanlarının artırılması məsələləri diqqət mərkəzində olub.

Sonda müəllim və tələbələr göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər, bu cür görüşlərin davamlı olmasının vacibliyi vurğulanıb.