backend

Məktəbdə nümunəvi valideynlərlə görüş keçirilib

Bu gün məktəbdə nümunəvi valideynlərlə mənalı və yaddaqalan görüş təşkil olunub. Təhsil müəssisəsinin təşəbbüsü ilə keçirilən görüşdə 600 valideyn arasından seçilən 40 nümunəvi valideyn iştirak edib. Seçilən valideynlər övladları əlaçı, nizam-intizamlı və tərbiyəli olan, eyni zamanda məktəblə daim sıx əməkdaşlıq edən valideynlər arasından müəyyənləşdirilib.

Tədbir zamanı valideyn–məktəb əməkdaşlığının əhəmiyyəti, şagirdlərin uğurunda valideynlərin rolu və ortaq hədəflər ətrafında geniş müzakirələr aparılıb. Qeyd olunub ki, valideynlər şagirdlər üçün ən yaxın və etibarlı dayaq olmaqla yanaşı, təhsil prosesinin ayrılmaz hissəsidir.

Görüş zamanı bəzi valideynlər bu cür təşəbbüslərin mütəmadi keçirilməsini, valideyn təşəbbüslərinin daha geniş formada dinlənilməsini və valideyn–şagird–müəllim əməkdaşlığının daha sistemli şəkildə qurulmasını təklif ediblər. Təkliflər məktəb rəhbərliyi tərəfindən müsbət qarşılanıb.

Sonda nümunəvi valideynlərə təşəkkürnamələr təqdim olunub, çay süfrəsi ətrafında səmimi fikir mübadiləsi aparılıb. Valideynlər bu təşəbbüsün məktəbdə ilk dəfə keçirilməsindən məmnun olduqlarını bildirərək, gələcək əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.

Tədbir xatirə fotosu ilə yekunlaşıb.

Məktəb rəhbərliyi belə görüşlərin məktəb–valideyn əməkdaşlığını daha da gücləndirəcəyinə və şagirdlərin uğurlarına müsbət təsir göstərəcəyinə inamını ifadə edib.