backend

Zəngəzuru götürəcək..." - Ermənilər qorxuya düşüb (VİDEO)

Aprelin 11-də Ermənistanın təxribatı nəticəsində sərhəddə baş verən toqquşma Dığ (ermənlər Tex adlandırır) kəndində yaşayan ermənilərin ərazini tərk etmək fikirlərini daha da gücləndirib.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun erməni xidmətinin kənddən hazırladığı reportajda bildirilir.


Reportajda qeyd edilir ki, yeni Laçın yolunun istifadəyə verilməsindən sonra sərhədinbu istiqamətində baş verən mövqe dəyişikliyi nəticəsində Dığ kəndinin əkin və otlaq sahəsi kimi istifadə etdiyi ərazilər ordumuzun nəzarətinə keçib.

Bu ərazilər işğal dövründə Ermənistanın qanunsuz olaraq irəli çəkdiyi dövlət sərhədidir. Xəritəyə uyğun aparılan dəqiqləşmə işləri nəticəsində Dığ kəndindəki ermənilər 30 ildən çoxdur istismar etdiyi əkin sahələrindən məhrum olub. Hazırki vəziyyət ermənilər arasında kəndi tərk etmək istəyini artırıb, son toqquşmalar isə bu mövqeyi daha da gücləndirib.


“Burada yaxşı heç nə yoxdur, getdikcə daha da pisləşir, vəziyyət çox ciddidir”, - kənddə yaşayan ermənilərdən biri müxbirə deyib.


Radionun hazırladığı peportajda qeyd olunur ki, Azərbaycan və Ermənistan ərazidə fəal şəkildə mühəndislik işləri aparır. Dığ kəndindən olan deputat Davit Danielyan bildirib ki, qarşıdurma bir mövqe üzərində olub.