backend

İcra başçıları arasında amansız yarış başladı: Kim qazanacaq? – İLGİNC İDDİALAR…

Payızda ölkədə referendum keçiriləcəyi və Konstitusiyanın dəyişdiriləcəyilə bağlı xəbərlər intensiv xarakter almaqdadır. Konstitusiya islahatları nəticəsində icra hakimiyyətlərinin ləğv olunacağı, Milli Məclisdə deputat yerlərinin sayının 151-ə çatdırılacağı da gələn məlumatlar arasında yer alır.

Qaynarxett.az yenisabah.az-a istinadla xəbər verir ki. Konstitusiya dəyişikliklərindən sonra ənənəvi idarəçilik mexanizmindən imtina olunacağına dair iddialar mövcuddur. Məlumatlara görə, icra hakimiyyətləri ləğv olunacaq, ölkə 14 inzibati rayona bölünəcək.
Qeyd edək ki, hazırda məzuniyyətdə olan icra başçılarının təcili işə çağırıldığı barədə xəbərlər yayılıb. Onların payızda keçirilməsi nəzərdə tutulan ümumxalq referendumu ilə bağlı bir sıra vacib tapşırıqların icrası ilə məşğul olduqları bildirilir.


Məlumat üçün bildirək ki, hazırda ölkədə 80 icra başçısı var. Onların 66-sı kənd, 14-ü isə şəhər və şəhər tipli rayonlara rəhbərlik edir. Nəzərdə tutulan Konstitusiya islahatlarından sonra onların hamısı vəzifəsini itirəcək. İcra başçılarını Prezidentin xüsusi nümayəndələri əvəzləyəcək. Xüsusi nümayəndələr 14 inzibati bölgə üzrə fəaliyyət göstərəcək.


DİA.AZ bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Konstitusiya islahatlarına qeyri-rəsmi qaydada start verilməsi icra başçıları arasında rəqabəti gücləndirib. Vəzifədən getmək təhlükəsi ilə üzləşən “kiçik padşah”lar arasında amansız mübarizə başlayıb. Onlar özlərinin “bacarıqlı rəhbər” imicini yaratmaq üçün gecə-gündüz çalışır, ağlasığmaz üsullara əl atır, yaxın KİV-lərdə öz piarlarını aparırlar. Son vaxtlar icra başçılarının ictimaiyyət arasında tez-tez görünməsi, həssas təbəqə nümayəndələri ilə sıx-sıx görünmələri də bu amillə bağlıdır.
Məlumatlı şəxs bildirib ki, Konstitusiya islahatları nəticəsində iş yerini itirəcək 80 icra başçısının böyük əksəriyyətinə təkrar etimad göstərilməyəcək. Onun sözlərinə görə, icra başçılarının yarıtmaz fəaliyyəti üzündən dəyişikliklərə gedildiyi üçün bu adamların yenidən vəzifəyə – Prezidentin xüsusi nümayəndəsi kimi vacib və strateji posta təyin edilməsi mümkün deyil.