backend

“Mənə deyir ki, yaxşı edirəm, bəyənmirsən işləmə” – BEYLƏQAN “DOST” MƏRKƏZİNİN MÜDİRİNDƏN RƏHBƏRLİYƏ ŞİKAYƏT

Beyləqan rayon sakini Kərimova Həmidə Əli qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, işlədiyi “DOST” mərkəzinin müdiri Bəndəliyev Arzu və Zahid adlı nəzarətçi onun və başqa işçilərin əmək haqlarını vermir və yaxud da kəsir:

“Mən, Kərimova Həmidə Əli qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Müraciət etmədiyim orqan qalmayıb. Müraciət etdiyim, şikayət verdiyim qurumlar anacaq “səbr et, düzələcək” deyirlər.

Mən işləyə-işləyə maaş almıram, səbəbi nədir? Bəndəliyev Arzu mənə deyir ki, “yaxşı edirəm, belədir, bəyənmirsən işləmə”. Üstəlik, pis-pis söyüşlər söyür ki, biz bir də maaş adı çəkməyək.

Mənim evdə uşağım var, bir tikə çörək pulundan ötrü çöllərə düşmüşəm. Bu qədər insafsızlıq olmaz axı. Biz bu adama müdir kimi söz deyə bilmirik. Mənim kimi onlarla işçi var...”.

Məsələ ilə bağlı Beyləqan rayon “DOST” xidməti ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.