backend

Ağdam rayon Qiyaslı kənd Uşaq Musiqi Məktəbinin Mingəçevir filialında "DAVA" - Direktor məktəbi özününküləşdirib

Qaynarxett.az-ın VATCAPP SƏHİFƏSİnə Ağdam rayon Qiyaslı kənd Uşaq Musiqi Məktəbinin Mingəçevir filialından tənqidi yazı daxil olmuşdur. Tənqidi yazıda qeyd olunur ki, məktəbdə qanunsuzluq, özbaşınalıq  baş alıb gedir: "Ağdam rayon Qiyaslı kənd Uşaq Musiqi Məktəbinin Mingəçevir filialında drektor Mahir Abdullayev məktəbi özününküləşdirib. Dərs bölgüsü,  saathesabı  dərslər və s görə,  musiqi məktəbində az qala  direktorla  müəllimlər arasında dava gedir". 

Məlumatda bildirilir ki, Qiyaslı uşaq musiqi məktəbi 1983-cü ildə Ağdam rayonu Qiyaslı kəndində  yaradılmışdır. Məktəb 7-illik olmaqla fortepiano, tar, qarmon, saz nağara və xanəndəlik ixtisasları tədris olunur. Hazırda məktəbdə 32 müəllim işləyir və 130 şagird təhsil alır. Məktəb şagirdləri Respublika və rayon əhəmiyyətli tədbir və müsabiqələrdə cox zəif iştirak edir. Mahir müəllim məktəbin 1 hektar həyətyani sahəsinə əməlli başlı "əl qoyub". (Faktlar dəqiqləşdirilir.Növbəti yazımızda bu barədə geniş məlumat verəcəyik.Red.)
 
Bəs görəsən Regional Mədəniyyət İdarəsi bu biabırçılıqları görmür ?  

Bəs təzə mədəniyyət nazirimiz  necə ? 

O da görmür ?

Araşdırmamız davam edir.

Qaynarxett.az