Qaynarxett.az xəbər verir ki, görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Gənclər günü münasibəti ilə gəncləri təbrik edərək onlara uğurlar arzulayıb. Qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulub. Gənclər və İdman Nazirliyinin yaradılmasından, 2003-cü ildə dünyanın 40-a yaxın ölkəsində 3000-dən artıq azərbaycanlı gəncin təhsil almasından bəhs edərək, 1996-cı il fevralın 2-də Gənclərin I Forumunun keçirildiyini və 1997-ci ildən bu tarixin Azərbaycan Gəncləri Günü elan edildiyini qeyd edib. Ulu öndərin rəhbərliyi ilə ardıcıllıqla həyata keçirilən gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirərək ölkəmizdə vətənpərvər gənclər nəslinin formalaşmasını məmnunluq hissini ifadə edib. Vurğulanıb ki, Azərbaycan gəncləri sərhədlərimizin qorunmasında, ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə böyük fədakarlıqlar göstəriblər. Vətənpərvər gənclərimizin şücaəti, Ali Baş Komandanımızın qətiyyəti sayəsində uzun illərdən sonra torpaqlarımz azad olunub, Azərbaytcanın ərazi bürövlüyü təmin edilib. Gənclərimizin Vətən sevgisini qürur hissi ilə nəzərə çatdıran cənab Prezident İlham Əliyev deyib ki, “Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur”.
Ölkəmizdə 45-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdiyindən, nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyindən, idmançılarımızın Olimpiya və dünya çempionatlarında qələbələr qazandığından və digər nailiyyətlərdən danışan icra başçısı şəhərimizdə də gənclərun fiziki sağlamlığı, dünyagörüşünün formalaşması, təhsili, mənəvi saflığı, mədəni tərbiyəsi üçün şərait yaradıldığını, müxtəlif tədbirlərin keçirildiyini qeyd edib. Bu mənada yaradılan parklarda, abadlıq-quruculuq işləri aparılan məhəllələrdə uşaq və gənclər üçün əyləncə və idman qurğularının quraşdırılmasının, söhbətgahların qoyulmasının, idman meydançalarının yaradılmasının, keçirilən maarifləndirici tədbirlərin onların asudə vaxtlarının səmərəli keçməsinə, sağlam rühda böyümələrinə imkan yaradır.
Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Gənclər günü münasibəti ilə təbrikini ifadə edib. V.Ağakişiyev adına 12 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi, Respublika Fənn Olimpiadasının Tarix fənni üzrə bürünc medalçısı Ayan Cavadlı, Uşaq - Gənclər İdman Şahmat Məktəbinin avarçəkmə bölməsinin yetirməsi, “Prezident Kuboku 2025” Beynəlxalq reqatasının kayak idman növü üzrə gümüş medalçısı Mustafa Vəlizadə, “Qədiroğlu” idman klubunun məşqçisi Rəvan Abdullazadə çıxışlarında bundan sonra daha böyük uğurlar qazanmağa çalışacaqlarını bildiriblər.
Görüşdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov idman və təhsil sahəsində qazandıqları nailiyyətlərə görə bir qrup gəncə xatirə hədiyyəsi təqdim edib. Sonda xatirə şəkilləri çəkdirilib.





