backend

Millət vəkili Məlahət İbrahimqızı vətəndaş qəbulu keçirəcək

21 saylı Nəsimi–Binəqədi seçki dairəsi üzrə Milli Məclisin deputatı Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşünü keçirəcək.

Məlumata görə, hər ay ənənəvi qaydada təşkil olunan qəbul günlərində deputat seçicilərin müraciətlərini dinləyir, qaldırılan məsələlər və mövcud problemlərlə bağlı müzakirələr aparır.

Növbəti qəbul 12 fevral, cümə axşamı günü, saat 10:00-da baş tutacaq. Görüş Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının inzibati binasında keçiriləcək.

21 saylı Nəsimi–Binəqədi seçki dairəsi üzrə yaşayan sakinlər qəbulda iştirak edərək müraciətlərini birbaşa deputata çatdıra bilərlər.

Əlaqələndirici şəxs: Xətai Məmmədli
Əlaqə nömrəsi: +994 50 255 21 42