“Keçən ilin avqust ayından sonra xüsusi dinamika ilə inkişaf edən Azərbaycan-ABŞ əlaqələri artıq yeni, strateji münasibətlər mərhələsinə keçid edir. Bu baxımdan Vitse-prezident Vensin Azərbaycana səfəri və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. Bu səfər iki ölkə arasında həmçinin iqtisadi əməkdaşlığın da yeni və daha sistemli mərhələyə keçdiyini göstərir. Xartiyanın imzalanması təkcə siyasi dialoqun genişlənməsi deyil, həm də uzunmüddətli iqtisadi inteqrasiyanın institusional əsaslarının yaradılması deməkdir. Təsadüfi deyil ki, öz bəyanatında cənab Prezident İlham Əliyev altı ay əvvəl Vaşinqtonda başlanan prosesin artıq konkret nəticə ilə yekunlaşdığını vurğuladı və ikitərəfli gündəliyin geniş spektrini əhatə edən müzakirələrin aparıldığını bildirdi. Həmçinin bəyanatda xüsusi yer alan məqamlardan biri də regional bağlantıların və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi idi ki, bu da Azərbaycanın qlobal ticarət marşrutlarında rolunun artdığını nümayiş etdirir.”
Bu fikirləri millət vəkili Göydəniz Qəhrəmanov açıqlamasında ifadə edib.
Deputat xüsusi olaraq bildirib ki, imzalanmış Xartiyanın “Regional Bağlantılar, o cümlədən Enerji, Ticarət və Tranzit” bölməsi iqtisadi əməkdaşlığın strateji çərçivəsini müəyyənləşdirir: “Burada Orta Dəhlizin inkişafı, enerji və rəqəmsal infrastrukturun gücləndirilməsi, dövlət və özəl sektor sərmayələrinin səfərbər olunması kimi istiqamətlər xüsusi vurğulanır. Bu müddəalar göstərir ki, tərəfdaşlıq yalnız mövcud layihələrin davamı deyil, yeni iqtisadi imkanların yaradılmasına hesablanıb. Digər tərəfdən isə, TRIPP layihəsinin önə çəkilməsi regionun tranzit və logistika xəritəsini yenidən formalaşdırmaq potensialına malikdir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunması, eyni zamanda Asiya ilə Avropa arasında etibarlı multimodal dəhlizin yaradılması ölkəmizi qlobal ticarətin mühüm qovşaqlarından birinə çevirə bilər. Bu isə həm tranzit gəlirlərinin artımı, həm də əlaqəli sahələrdə – logistika, sığorta, xidmət sektoru və sənaye istehsalında yeni iqtisadi dinamika deməkdir. Əlbəttə ki, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də iqtisadi perspektiv baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın artıq 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verməsi və bu ölkələrin əksəriyyətinin ABŞ-ın müttəfiqləri olması ölkəmizin strateji mövqeyini daha da gücləndirir. Xartiyada interkonnektor layihələrinin və təchizat marşrutlarının şaxələndirilməsinin vurğulanması isə enerji diplomatiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ Vitse-prezidentinin ölkəmizə səfəri iqtisadi əməkdaşlığı daha proqnozlaşdırılan, institusional və uzunmüddətlili edir. Azərbaycan-ABŞ münasibətləri artıq ayrı-ayrı layihələrdən ibarət deyil, genişmiqyaslı iqtisadi tərəfdaşlıq modelinə çevrilir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət

