backend

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirildi

Fevralın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov iclası açaraq, gündəliyə bir məsələnin - “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini diqqətə çatdırıb.
Komitə sədri, əvvəlcə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətdə qazandığı uğurlardan söz açıb. O, qeyd edib ki, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu artırıb. Bildirilib ki, həyata keçirilən uğurlu diplomatik fəaliyyət nəticəsində beynəlxalq arenada mövqeyimiz daha da möhkəmlənib, bir sıra mühüm strateji tərəfdaşlıqlar qurulub. Komitə sədri bu nailiyyətlərin ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına, investisiya mühitinin daha da güclənməsinə müsbət təsirlərini vurğulayıb.