backend

Deputat: “Uğurlarımızı həzm edə bilməyənlər milli xəyanətkarlardan istifadə edirlər”

“Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanın milli və dövlətçilik maraqlarını yüksək tərzdə ifadə edir, Azərbaycan xalqının istəklərini reallaşdırır. Cənab İlham Əliyevin birbaşa qətiyyəti, böyük diplomatik keyfiyyətləri, müasir idarəçiliyi və dərin zəkası sayəsində Azərbaycan bu gün dünya dövlətləri arasında daha da yüksəlir, nüfuz qazanır. Azərbaycanın müstəqil siyasət həyata keçirməsi, Qarabağı işğaldan azad etməsi bir çoxlarını, o cümlədən bəzi Avropa dövlətlərini ciddi narahat edir. Bunları həzm edə bilmirlər, həmişə olduğu kimi, indi də milli xəyanətkarlardan istifadə edirlər”
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov son dövrlər ölkə rəhbərliyinə qarşı həyata keçirilən qaralama kampaniyası ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, cənab Prezident İlham Əliyevə dünya liderlərinin verdikləri dəyər və eyni zamanda, dünyada baş verən proseslərə Azərbaycanın və ölkə Prezidentinin verdiyi töhfələr faktdır: “ABŞ-nin Azərbaycanla yaxınlaşması və Prezident Donald Trampın cənab İlham Əliyevin şəxsi keyfiyyətlərinə, idarəçiliyinə şəxsən böyük dəyər verməsi ortadadır. Bir daha qeyd edək ki, bu, düşmənlərimizi, Azərbaycanı istəməyən qüvvələri heç də qane etmir. Xaricdə oturan bloqerlerin ölkə Prezidentinə, onun xanımı Birinci vitse-prezident Mehriban Əliyevaya qarşı yönələn fikirlər dövlətə qarşı yönələn fikirlərdir. Bu onların dövlətçiliyimizə qarşı məkrli niyyətlərin ifadəsidir. Həm cənab İlham Əliyev, həm də Mehriban xanım Əliyeva dövlətimizin və xalqımızın maraqlarını yüksək tərzdə ifadə etdikləri üçün onları nüfuzdan salmağa çalışırlar. Bu isə mümkün deyil”.