Qaynarxett.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyev və Vətənimizin suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Görüşdə çıxışım zamanı qeyd etdim ki, gənclərimizin beynəlxalq olimpiadalarda qazandığı nailiyyətlər ölkəmizdə təhsilə göstərilən ardıcıl dövlət qayğısının real nəticəsidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi təhsil strategiyası bu gün İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Müasir təhsil infrastrukturu, innovativ yanaşmalar və dövlət dəstəyi gənclərimizin potensialının üzə çıxmasına, onların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsinə geniş imkanlar açır.
Şagirdlərimizin yüksək intellekti, müəllimlərimizin əməyi və valideynlərin dəstəyi Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu bir daha göstərir. Bu uğurlar təkcə təhsilimizin deyil, bütövlükdə ölkəmizin artan elmi və intellektual nüfuzunun göstəricisidir.
Görüşün sonunda beynəlxalq olimpiadalarda fərqlənmiş şagirdlər təbrik olundu, onlara hədiyyələr təqdim edildi və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulandı.



