Qaynarxett.az xəbər verir ki, deputat müraciətlərlə bağlı zəruri qeydlər aparıb və qaldırılan məsələlərin araşdırılması üçün müvafiq dövlət qurumlarına rəsmi sorğuların göndəriləcəyini bildirib.
Eyni zamanda, bir neçə gün əvvəl Qaradonlu kənd orta məktəbinin kollektivi ilə keçirilən görüşdə səsləndirilən məsələlərdən biri artıq müsbət həllini tapıb. Müəllimlər məktəbdə sanitar qovşağının olmaması problemini deputatın diqqətinə çatdırmışdılar. Səyyad Aranın təşəbbüsü ilə sanitar qovşağının tikintisi üçün zəruri tikinti materialları alınıb və işlərə start verilib.
Kənd sakinləri və məktəb kollektivi problemlərin həllinə göstərilən diqqət və dəstəyə görə deputata minnətdarlıqlarını ifadə ediblər.











