Qaynarxett.az xəbər verir ki, görüşdə komitə sədri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi işçi qrupunun üzvləri, eləcə də Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Qonaqlar Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında iştirak etmək məqsədilə Bakıda səfərdə olduqlarını bildiriblər. Tərəflər üçtərəfli parlament əməkdaşlığının inkişaf perspektivlərini, regional təhlükəsizlik məsələlərini, enerji və nəqliyyat layihələrinin əhəmiyyətini müzakirə ediblər.
Görüşdə vurğulanıb ki, Azərbaycan–Türkiyə strateji tərəfdaşlığı regionda sabitliyin və əməkdaşlığın əsas sütunlarından biridir. Parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsi, qanunvericilik sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və birgə təşəbbüslərin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr davam etdirilib və üçtərəfli əməkdaşlığın gələcəkdə daha da dərinləşdirilməsinin vacibliyi qeyd olunub.



