backend

Göydəniz Qəhrəmanov Yasamal rayonunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbirində iştirak etdi

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olundu.

Çıxışlarda vurğulandı ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə fevralın 26-sına siyasi qiymət verilməsi, sonrakı illərdə isə Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində atılan addımlar xüsusi əhəmiyyət daşıyır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması, Xocalı şəhərində üçrəngli bayrağımızın ucaldılması şəhidlərimizin qanının yerdə qalmadığını bütün dünyaya nümayiş etdirdi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.