backend

Məlahət İbrahimqızı 21 saylı Nəsimi-Binəqədi seçki dairəsində növbəti qəbul keçirəcək

21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin millət vəkili Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşün keçiriləcəyini elan edib.

Qaynarxett.az xəbər verir ki, deputatın sözlərinə görə, hər ay təşkil olunan qəbul günlərinin məqsədi seçicilərin qaldırdığı məsələləri dinləmək, onların üzləşdiyi problemlərlə yaxından tanış olmaq və həlli istiqamətində müvafiq addımlar atmaqdır. Ənənəyə uyğun olaraq görüş Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının inzibati binasında keçiriləcək.

Növbəti qəbul günü həftənin cümə axşamı — 26 fevral tarixində, saat 13:30-da baş tutacaq.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar əlaqələndirici şəxs Xətai Məmmədli ilə +994 50 255 21 42 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.