Novruz bayramı ilə əlaqədar Kənd TəsərrüfatıNazirliyinin tabeliyində fəaliyyət göstərən “AqrarTədarük və Təchizat” ASC tərəfindən 12 məntəqədə“Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq.
Qaynarxett.az xəbər verir ki, 11 gün fasiləsiz davam edəcək yarmarkaların təşkilindəəsas məqsəd bayram günlərində yerli fermerlərinməhsullarının bazara çıxışını dəstəkləmək eynizamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kəndməhsullarına əlçatanlığını təmin etməkdir.
Yarmarkalarda 25 regiondan iştirak edəcək 147 fermer, 150 çeşiddə kənd təsərrüfatı və qida məhsullarınınsatışını həyata keçirəcəklər. Satışa çıxarılanməhsulların kеyfiyyətinə nəzarət etmək məqsədiləyarmarkada hər gün Azərbaycan Qida TəhlükəsizliyiAgentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyətgöstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hərhansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənməküçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
Yarmarka 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanıyla yanaşı ümumilikdə 12 məntəqədə fəaliyyət göstərəcək.
Belə ki, 13–17 mart tarixlərində paytaxtın müxtəlifərazilərində – Əhmədli metro stansiyası, Neftçilərmetro stansiyası, Nəriman Nərimanov metro stansiyası, Elmlər Akademiyası metro stansiyası və Azadlıq metro stansiyası ərazilərində, həmçinin Abşeron rayonuMehdiabad qəsəbəsi “Qarant” Yaşayış Kompleksindəyarmarkalar təşkil olunacaq. Eyni zamanda regionlarda Sumqayıt, Xankəndi və Ağdaş şəhərlərində (Ağdaşşəhərində yeni bazar ərazisində) Novruz yarmarkalarıfəaliyyət göstərəcək.
Bundan əlavə, 16 mart tarixində Cəbrayıl rayonununHorovlu kəndində, 17 mart tarixində isə Zəngilanrayonunun Ağalı kəndində bir günlük səyyaryarmarkalar təşkil olunacaq.
Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarındafermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarlaödənişsiz şəkildə təmin olunurlar.
OXŞAR XƏBƏRLƏR
gundem / Siyasət
Arasdirma / Bolge
Sosial
Sosial
gundem / Sosial








