Türkiyənin Dezenformasiya ilə Mübarizə Mərkəzi son günlər regionda baş verən hadisələrlə əlaqədar sosial mediada Türkiyə və Azərbaycan münasibətlərini hədəf alan bəzi paylaşımlarla bağlı açıqlama yayıb.
Qaynarxett.az-ın məlumatına görə, açıqlamada bildirilib ki, xüsusilə sosial media platformalarında Türkiyə–Azərbaycan münasibətlərinə və Azərbaycana qarşı məqsədi aşan tənqidlər, dezinformasiya və təxribat xarakterli paylaşımların yayıldığı müşahidə olunur.
Mərkəzin məlumatına görə, sarsılmaz tarixi bağlar və ortaq dəyərlərlə bir-birinə möhkəm bağlı olan Türkiyə və Azərbaycan təkcə bu gün deyil, keçmişdə də dəfələrlə qarşılaşdıqları sınaqlardan uğurla çıxıblar.
Açıqlamada qeyd olunub ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin liderliyi ilə inkişaf edən ikitərəfli münasibətlər bütün səviyyələrdə "Tək millət, iki dövlət” şüarı əsasında davam etdirilir.
Bildirilib ki, ictimaiyyətin bu qardaşlığa zərər verə biləcək məqsədi aşan bəyanatlara, dezinformasiyalara və qara təbliğat fəaliyyətlərinə qarşı daha həssas yanaşması, həmçinin həssas məsələlərdə Türkiyə və Azərbaycan rəsmilərinin rəsmi açıqlamalarına diqqət yetirməsi vacibdir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
Siyasət
Siyasət
gundem / Siyasət





