Görüş zamanı deputat təbii fəlakət nəticəsində evlərinə zərər dəymiş sakinlərin vəziyyəti ilə yerində tanış olub, zərər görmüş yaşayış evlərinə baxış keçirib. Sakinlərlə söhbət zamanı onların problemləri dinlənilib, müraciət və narahatlıqları ilə maraqlanılıb.
Bildirilib ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər olunacaq. Deputat problemlərin həlli üçün lazımi addımların atılacağını qeyd edib.









