Baş mühəndis Adil maliyyə yoxlaması gələndən 3 aydir işə çıxmır.
Məlumata görə, 7 nömrəli Yol İstismar İdarəsinin əməkdaşları direktorun Qobustan rayonunda icarəyə götürdüyü “Qobuland” ailəvi istirahət mərkəzində də fəhlə kimi işlədilir. Məzahir Əliyevin idarəni “Qobuland”dan idarə etdiyi bildirilir.İddialar təsdiqini taparsa, bu hal dövlət qurumunun əmək resurslarının birbaşa şəkildə şəxsi kommersiya obyektinə daşınması və istismar olunması kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, 67 yaşlı Məzahir Əliyevin idarəyə məxsus xidməti avtomobildən də şəxsi məqsədlərlə istifadə etdiyi bildirilir. İddialara görə, dövlət balansında olan nəqliyyat vasitəsi ilə onun icarəsində olan istirahət mərkəzinə ərzaq və digər yüklər daşınır. Bu isə xidməti avtomobilin təyinatından kənar istifadəsi və dövlət əmlakının şəxsi ehtiyaclara yönəldilməsi anlamına gəlir.
Cavan kadrlara ehtiyac ola-ola Məzahir Əliyevin pensiya yaşının kerçməsinə baxmayaraq hələ də vəzifədə qalması təəcüb doğurur.
Ortaya çıxan bu iddialar bir neçə ciddi məqamı gündəmə gətirir:
dövlət işçilərinin şəxsi biznesdə çalışdırılması, büdcə vəsaitinin dolayı yolla mənimsənilməsi riski, xidməti avtomobillərdən şəxsi məqsədlər üçün istifadə və vəzifə səlahiyyətlərinin şəxsi maraqlara tabe etdirilməsi.
Əgər sadalananlar doğrudursa, bu, təkcə etik pozuntu deyil, həm də hüquqi qiymət tələb edən məsələdir. Çünki söhbət dövlət qurumunun resurslarının sistemli şəkildə şəxsi təsərrüfata yönəldilməsindən gedir.











