backend

Deputat Azər Kərimli vətəndaş qəbulu keçirib - FOTO

Bu gün Zaqatala rayonunun Mazıx kənd sakinləri ilə onlayn formatda növbəti vətəndaş qəbulu təşkil olunub. Qəbul Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Azər Kərimli tərəfindən həyata keçirilib.

Onlayn görüş zamanı sakinlər onları narahat edən sosial, məşğulluq və digər gündəlik problemlərlə bağlı müraciətlərini səsləndiriblər. Səsləndirilən məsələlər diqqətlə dinlənilib və hər bir müraciət qeydə alınıb.

Deputat tərəfindən bildirilib ki, qaldırılan problemlərin həlli istiqamətində müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə zəruri addımlar atılacaq və müraciətlərin operativ həlli təmin olunacaq.

Qeyd edək ki, vətəndaşlarla bu cür mütəmadi görüşlərin keçirilməsi onların problemlərinin yerində öyrənilməsi və həllinə dəstək baxımından mühüm əhəmiyyət daşıyır.