backend

Azər Kərimli sakinlərlə onlayn görüş keçirdi

Milli Məclisin deputatı Azər Kərimli bu gün Zaqatala rayonunun Maqov, Paşan, Yolayrıc, Fındıqlı və Höytala kənd sakinləri ilə onlayn formatda qəbul keçirib. Görüş zamanı vətəndaşların sosial problemləri, infrastruktur məsələləri, məşğulluq, kommunal xidmətlər və digər mövzularda müraciətləri dinlənilib.

Deputat bildirib ki, vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq addımlar atılacaq. Qəbul zamanı səsləndirilən bütün müraciətlər qeydə alınıb və nəzarətə götürülüb.

Azər Kərimli vətəndaşlarla davamlı ünsiyyətin vacibliyini vurğulayaraq, bölgələrdə yaşayan insanların problemlərinin diqqətdə saxlanılmasının əsas prioritetlərdən biri olduğunu qeyd edib.