backend

Fatma Yıldırım “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı tədbirdə iştirak edib

Milli Məclisin deputatı Fatma Yıldırım ADNSU nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı tədbirdə iştirak edib.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixindəki mühüm yeri, milli azadlıq ideallarının formalaşmasında oynadığı tarixi rol və müstəqilliyimizin qorunaraq möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri xüsusi vurğulanıb.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqı əsrlər boyu azadlıq və müstəqillik uğrunda mübarizə aparıb, bu gün isə həmin müstəqillik güclü dövlətçilik ənənələri əsasında uğurla inkişaf etdirilir.
Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil siyasətini qətiyyətlə davam etdirir, ölkənin suverenliyi və milli maraqları ən yüksək səviyyədə təmin olunur.
Deputat Fatma Yıldırım vurğulayıb ki, müstəqillik xalqımızın ən böyük tarixi nailiyyətidir və onun qorunması hər bir vətəndaşın müqəddəs borcudur. Tədbir iştirakçıları 28 May – Müstəqillik Gününün dövlətçilik tariximizdəki əhəmiyyətindən bəhs edərək milli birlik və həmrəyliyin önəmini xüsusi qeyd ediblər.