Cənab Prezident İlham Əliyevin Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə və Xocalı şəhərinə növbəti səfəri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin və Böyük Qayıdış proqramının uğurla icra olunduğunu bir daha nümayiş etdirdi.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.
Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır, eyni zamanda bölgədə yeni həyatın formalaşmasına xidmət edir. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların öz evlərinə qayıtması, müasir yaşayış məntəqələrinin salınması və sosial infrastrukturun yaradılması dövlət siyasətinin əsas prioritetlərindəndir.
Onun sözlərinə görə, Böyük Qaladərəsi kəndində yaradılmış müasir yaşayış şəraiti, yollar, kommunal sistemlər və sosial obyektlər dövlətin vətəndaş rifahına göstərdiyi diqqətin bariz nümunəsidir. Prezident İlham Əliyevin kənd sakinləri ilə görüşməsi, onların qayğı və problemləri ilə maraqlanması xalqla dövlət arasındakı möhkəm birliyin növbəti təzahürüdür.
Deputat vurğulayıb ki, Xocalıda “Qarabağ Tekstil Evi” MMC-nin fəaliyyətə başlaması bölgənin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Yeni istehsal müəssisələrinin yaradılması məşğulluğun artırılmasına, yerli iqtisadiyyatın güclənməsinə və Qarabağın ölkənin ümumi iqtisadi həyatına inteqrasiyasının sürətlənməsinə xidmət edir.
Bildirilib ki, Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün əsaslı təmir olunmuş fərdi evlərdə yaradılan şərait dövlətin qəhrəman hərbçilərə göstərdiyi diqqət və qayğının göstəricisidir. Azərbaycanın ərazi bütövlüyü uğrunda xidmət göstərən hərbçilərin sosial müdafiəsi daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.
Deputat qeyd edib ki, bu gün Qarabağda müşahidə olunan genişmiqyaslı quruculuq işləri Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, güclü liderliyinin və xalqımızın həmrəyliyinin nəticəsidir. Dağıdılmış şəhər və kəndlərin yerində müasir yaşayış məntəqələri, məktəblər, xəstəxanalar, istehsal müəssisələri və yeni iş yerləri yaradılır.
Sonda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixinin ən mühüm dövlət layihələrindən biri olmaqla, xalqımızın öz torpaqlarına bağlılığını, dövlətimizin gücünü və gələcəyə inamını nümayiş etdirir. Qarabağ bu gün sürətlə dirçəlir və ölkənin ən inkişaf etmiş bölgələrindən birinə çevrilir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət







