backend

Qaradağda 1 İyun münasibətilə şəhid və qazi ailələrinin övladları üçün tədbir keçirildi

Qaradağ rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Milli Məclisin deputatları Aydın Hüseynov, Zaur Şükürov və Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatı sədrinin müavini Faiq Qurbanov, Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən Sosial Ehtiyacların Qiymətləndirilməsi üzrə Mərkəzi Filialının müdir müavini Xəyalə Qəmbərova, şəhid ailələri və müharibə əlillərinin övladları iştirak edirdilər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov çıxışında ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından bəhs etdi.
Daha sonra Milli Məclisin deputatları Aydın Hüseynov, Zaur Şükürov və Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatı sədrinin müavini Faiq Qurbanov, həmçinin Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən Sosial Ehtiyacların Qiymətləndirilməsi üzrə Mərkəzi Filialının müdir müavini Xəyalə Qəmbərova çıxış edərək 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edərək onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzuladığını bildirdi.
Daha sonra tədbir bayram konserti ilə davam etdirildi. Cizgi filmi personajlarının, klounların şən zarafatları bayram ovqatını daha da artırdı. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi.
Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olundu.