Qaynarxett.az xəbər verir ki, görüş zamanı deputat kommunal sahədə çalışan işçilərin qayğıları, gündəlik fəaliyyətləri zamanı qarşılaşdıqları çətinliklər və həllini gözləyən problemlərlə yaxından maraqlanıb. Əməkdaşlar onları narahat edən məsələləri diqqətə çatdırıb, müxtəlif təklif və müraciətlər səsləndiriblər.
Sahib Əliyev qaldırılan məsələlərin araşdırılacağını, aidiyyəti qurumlar qarşısında qaldırılacağını və mümkün həlli istiqamətində lazımi addımların atılacağını bildirib.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, vətəndaşların müraciətləri dinlənilərək qeydə alınıb.







