Milli Məclisin deputatı Fatma Yıldırım rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda sosial şəbəkələrdən istifadənin yaratdığı imkanlar və risklərlə bağlı fikirlərini bölüşüb.
Qaynarxett.az-a açıqlamasında deputat bildirib ki, rəqəmsal texnologiyalar müasir həyatın ayrılmaz hissəsinə çevrilib. Onun sözlərinə görə, sosial şəbəkələr informasiya əldə etmək, ünsiyyət qurmaq və bilik paylaşmaq baxımından geniş imkanlar yaratsa da, xüsusilə uşaqlar və yeniyetmələr üçün müəyyən risklər də formalaşdırır.
Fatma Yıldırım qeyd edib ki, azyaşlıların sosial şəbəkələrdən istifadəsi ilə bağlı beynəlxalq təcrübə diqqətlə öyrənilməli, Azərbaycanda yaş həddi, valideyn nəzarəti mexanizmləri və platformaların məsuliyyəti ilə bağlı hüquqi çərçivə daha da təkmilləşdirilməlidir. Deputat vurğulayıb ki, əsas məqsəd uşaqların informasiya əldə etmək imkanlarını məhdudlaşdırmaq deyil, onların təhlükəsizliyini təmin etməkdir.
Millət vəkili son dövrlər sosial mediada izləyici və populyarlıq qazanmaq naminə təhlükəli davranışların nümayiş etdirilməsinin ciddi narahatlıq doğurduğunu bildirib. O hesab edir ki, uşaqlar və yeniyetmələr bu cür məzmunun təsiri altına düşə bildiklərindən həm maarifləndirmə işləri gücləndirilməli, həm də platformalar zərərli məzmunun yayılmasının qarşısının alınması üçün daha məsuliyyətli mövqe nümayiş etdirməlidirlər.
Deputat rəqəmsal mühitdə psixoloji zorakılıq, təhqir, təqib və təzyiq hallarının da diqqətdən kənarda qalmamalı olduğunu qeyd edib. Onun sözlərinə görə, virtual məkanda baş verən hadisələrin insan psixologiyasına təsiri bəzən real həyatda yaşanan problemlər qədər ağır nəticələr yarada bilir.
Fatma Yıldırım eyni zamanda sosial şəbəkələrdə yayılan məlumatların milli təhlükəsizliyə təsirinə də toxunub. O bildirib ki, informasiya müharibələrinin mürəkkəbləşdiyi müasir dövrdə dezinformasiya, saxta xəbərlər və məqsədli manipulyasiya cəhdləri dövlətlər üçün ciddi çağırışlar yaradır. Bu baxımdan cəmiyyətin media savadlılığının artırılması, eləcə də milli maraqların qorunmasına xidmət edən hüquqi və institusional mexanizmlərin gücləndirilməsi vacibdir.
Deputat sonda vurğulayıb ki, dövlət qurumları, ailələr, təhsil müəssisələri, vətəndaş cəmiyyəti və rəqəmsal platformalar təhlükəsiz və sağlam rəqəmsal mühitin formalaşdırılması istiqamətində birgə və koordinasiyalı fəaliyyət göstərməlidirlər.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət


